ELM VƏ İNNOVATİV
TEXNOLOGİYALAR

Journal of Science and Innovative Technologies •
2017

Logo 1 Logo 2 Logo 3 Logo 4 Logo 5 Logo 6 Logo 1 Logo 2 Logo 3 Logo 4 Logo 5 Logo 6


Məqalə Təqdimi

Göndəriş və Təqdimat Qaydaları

Məqalənizi bizə göndərdiyiniz üçün təşəkkür edirik...

Jurnal aşağıdakı formalara uyğun olaraq məqalələri qəbul edir...

Zəhmət olmasa, məqalə və ya bildirişlərinizi bu email ünvanına göndərin: journalofsit@gmail.com


Məqalə Faylı

Məqalə faylı aşağıda qeyd olunan tələblərə uyğun hazırlanmalıdır:

Əgər ki, elmi məqalənin təqdim olunmasında müəlliflər arasında qarşılıqlı razılaşma varsa...


Məqalənin Hazırlanması

Məqalə Strukturu

Məqalə giriş, ədəbiyyat araşdırması, araşdırma metodologiyası, nəticə/müzakirədən və referens siyahısından ibarət olmalıdır.

Dil

Mümkün ola biləcək qədər qrammatik səhvlərin olmaması, məqalənizin daha oxunaqlı və tam anlaşıla bilinməsi üçün göndərməmişdən öncə dil mütəxəssisinə oxutdurun.

Başlıq Səhifəsi

Başlıq səhifəsi ayrı olaraq göndərilməlidir. Adınızı tam yazın (adınız, atanızın adı, soyadınız). Məqalə müəlliflərinin hər birinin çalışdıqları iş yeri və poçt ünvanları tam şəkildə göstərilməlidir. Zəhmət olmasa aparıcı müəllifin adını (*) ulduz işarəsi ilə işarələyin və email ünvanını qeyd edin.

Xülasə

Bütün məqalələr üçün 250-300 sözdən ibarət xülasə hazırlanmalıdır.

Açar Sözlər

Açar sözlər məqalənin tam mahiyyətini əks etdirməlidir. Açar sözlər 5 sözdən artıq olmamalıdır.

Məqalə Fontu və Məsafə

Zəhmət olmasa məqaləni hazırlayarkən Times New Roman 12pt ölçüsündən istifadə edin. Bütün məqalələr (orijinal elmi məqalələr, kitab rəyləri, araşdırma bildirişləri və tezis xülasələri) ikili-məsafə ilə (ədəbiyyat siyahısı da daxil olmaqla) hazırlanmalıdır.

Məqalənin Ölçüsü

Redaksiya heyəti təqdim edilən məqalələrin xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla 7000 sözdən artıq olmamasını tələb edir. Giriş və nəticə bölmələrinin olması məcburidir.

Sitatlar

Sitat sözlər, cümlələr cüt dırnaq işarəsi ilə, təkliflər və annotasiyalar isə tək dırnaq işarəsi ilə işarələnməlidir.

Cədvəl və Şəkil

Bütün cədvəl və şəkillər mətnə uyğun olduqca yaxın şəkildə yerləşdirilməlidir. Şəkillərə aid yazılar yazılmalı və rəqəmlərlə işarələnməlidir (məsələn, Cədvəl 1, Şəkil 1). Şəkilin ölçüsü 300 dpi və ya daha yüksək ola bilər. Cədvəl başlığı, cədvəlin üst hissəsinə yazılmalı, şəkilə aid yazı isə aşağı hissəsinə yazılmalıdır. Cədvəllər və şəkillər mətinə daxil edilmədən ayrı fayllarda təqdim edilməlidir. Əgər ki, cədvəl və şəkillər başqa bir qaynaqdan götürülmüşdürsə, zəhmət olmasa mənbəni mütləq qeyd edin.

Notlar

Notlar minimum şəkildə yığılmalıdır. Mümkünsə dibnotlardan yox, son notlardan daha çox istifadə olunsun. Bütün notlar sıralanaraq, ikili-məsafə ilə əsas mətnin son bölməsində yerləşdirilməlidir. Biblioqrafik notlardan istifadə qəbul olunmur.

Qaynaqlar və İstinadlar

Məqalənin formatı paraqrafların başlanğıcında yazmamaq şərti ilə, 11 ölçü, Times New Roman şrifti, ikili-məsafə ilə hazırlanmalıdır. MLA Referens formatında yazılmalıdır. Ədəbiyyat siyahısındakı qaynaqlar və istinadlar əlifba sırası ilə ya da xronoloji olaraq hazırlanmalıdır.

Məqalə Təqdimatı

Kitab Rəyi

Kitab rəyi 1000 ən çoxu 2000 sözdən ibarət olmalıdır. Eyni zamanda Tənqidi Rəy 3000 sözdən az, 5000 sözdən çox olmamalıdır. İlkin səhifəyə məqalənin adı, müəlliflərin adı/iş yerləri, 200 sözdən artıq olmayan xülasə və 5 açar söz daxil edilməlidir.

Bütün şəkillər, fotolar, cədvəllər nömrələnməlidir. Kitab rəyi 2 ədəbiyyatdan çox olmamaq şərti ilə mətnin sonunda yerləşdirilməlidir.

Konfrans Materialları

Konfrans materiallarının çapı elmi–araşdırma cəmiyyətlərində geniş yayılmış bir haldır. “Elm və İnnovativ Texnologiyalar” jurnalı hər hansı bir elmi–konfransa təqdim edilmiş elmi məqalələri çap etməkdən məmnunluq hissi duyur.

Bununla birlikdə, konfrans materiallarının çapına görə müraciət edərkən, elmi məqalələrin nəticəsinə, metodologiyasına, analizinə görə Jurnalın standartlarına uyğun gəlməsinə diqqət edilməlidir. Müraciətdən sonra son qərarı Jurnalın redaktorları verir.

Müəlliflər təqdim etdiyi məqalələrdə konfransa təqdim etdiyi materialın bütün detallarını əks etdirməli və jurnala təqdim etməlidirlər. Müəlliflər əvvəlcədən çap edilmiş hər hansı bir resursu yenidən istifadə etmək üçün lazımi bütün icazələri almalıdır.

Müəlliflər məqalələrini çap olunduqdan sonra birbaşa jurnalın saytından yükləyə bilərlər.