MƏXFİLİK BƏYANATI

Məxfilik Siyasəti

“Elm və İnnovativ Texnologiyalar” jurnalı müəlliflərin, rəyçilərin və oxucuların şəxsi məlumatlarının məxfiliyinə böyük önəm verir və bütün məlumatların qorunmasını təmin etməyi öhdəsinə götürür.
Məqalə təqdim edən müəlliflərin şəxsi və əlaqə məlumatları yalnız elmi tədqiqat və nəşr prosesi üçün istifadə olunur və üçüncü tərəflərlə paylaşılmır.
Məqalələrin rəy prosesi məxfi şəkildə həyata keçirilir və rəyçilərin kimliyi açıqlanmır. Oxucu və istifadəçi məlumatları heç bir halda kommersiya və ya üçüncü tərəf məqsədləri üçün istifadə olunmur.

Məxfi Məlumatların İstifadəsi

Məqalədə yer alan məxfi məlumatlar yalnız redaksiya heyətinin və rəyçilərin elmi qiymətləndirməsi üçün istifadə olunur. Müəllifin yazılı icazəsi olmadan bu məlumatlar üçüncü şəxslərə ötürülmür.

Bəyanat

Bu məxfilik siyasəti ilə razıyam və bütün müəlliflərin bu şərtləri təsdiqlədiyini bəyan edirəm.