ELM VƏ İNNOVATİV
TEXNOLOGİYALAR

Journal of Science and Innovative Technologies •
2017

Logo 1 Logo 2 Logo 3 Logo 4 Logo 5 Logo 6 Logo 1 Logo 2 Logo 3 Logo 4 Logo 5 Logo 6

ETİK QAYDALAR

Nəşr Etikası

Nəşr Etikası və Sui-istifadə Halları Haqqında Qaydalar

“Elm və innovativ Texnologiyalar” beynəlxalq elmi araşdırmalar jurnalı və onun elmi redaktorları nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli və peşəkar iş icra etməyi öhdəliklərinə götürürlər. Jurnalın nəşrində iştirak edən bütün tərəflərin (müəlliflər, jurnalın redaktorları, rəyçilər və nəşriyyatçı) gözlənilən etik qaydalara əməl etmələri tələb olunur.

Redaktorun Rolu

Redaktorların rolu jurnal üçün təqdim edilən məqalələrin aşağıdakı bölmələrə uyğun olub-olmadığını qiymətləndirməkdən ibarətdir: (a) məqalənin keyfiyyəti, (b) məqalənin jurnalın məqsədinə uyğun olub-olmaması və (c) məzmunun orijinallığı. Redaktorlar təqdim edilmiş məqalə ilə bağlı hər hansı bir məlumatı rəyçilərdən və redaksiya heyətinin üzvlərindən başqa heç kəslə paylaşmır. Redaktorlar rəy prosesinin tez bir zamanda həyata keçirilməsini təmin edir. Redaktor hər hansı bir irqi, cinsi, etnik mənsubiyyəti, dini və ya siyasi yönümünə uyğun olmadan məqalələrin əsas elmi məzmununu qiymətləndirməyin vacib olduğunu unutmamalıdır.

Rəyçilərin Rolu

Rəy prosesi redaktorların qərar qəbul etməsini asanlaşdırmaq və məqalələrin keyfiyyətini yüksəltmək üçün çox önəmlidir. Rəyçilər məqalədə qeyd olunmayan uyğun nəşrli qeydlər etməli və mövzu ilə bağlı əlavə olunacaq mənbə və nəticələrlə də oxşarlıqları qeyd etməlidirlər. Rəyçilər məqalələrə heç vaxt rəqabət qabiliyyəti, maliyyə və ya əməkdaşlıq faktoru kimi baxmamalıdır. Rəyçi məqaləni rədd etməyə tam potensialının çatmadığını düşünürsə, mütləq bu barədə redaktoru məlumatlandırmalı və rəy prosesini dayandırmalıdır. Rəy prosesi başlayanda ilk öncə məqalələr məxfi sənəd kimi qəbul edilməli və redaktorun icazəsi olmadan başqasına göstərilə və ya müzakirə oluna bilməz. Normal olaraq, müəlliflərə əsasən 3 həftə ərzində rəy hesabatları ilə bağlı məlumat verilir. Rəyçinin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı hər hansı hal rast gəlinərsə, buna göz yumulmayacaqdır.

Müəlliflərin Rolu

Orijinal (daha əvvəl heç bir yerdə çap olunmamış) və ya nəşr olunması planlaşdırılmayan məqalələr nəzərdə tutulur. Məqalə müəllifləri hazırladığı elmi işdə səliqəli, açıq şəkildə elmi müzakirələri əsaslandıran, mövzusu ilə bağlı əvəzsiz məlumatlar təqdim etməli və elmi cəmiyyətlər üçün uyğun şərt yaratmalıdır. Əvvəllər mövzu ilə əlaqəli məqalələrdən yeri gəldikcə, düzgün istinadlarla istifadə edilə bilər. Nəticələrin hazırlanarkən iş dizaynı, eksperimentlər, təcrübə, məlumatların təhlili və şərhi edilmiş və beşillik məsuliyyətlər çərçivəsində dəyərləndirilə bilər. Belə ki, qeyd edilən məsələlərdə çatışmayan önəmli göstəricilər yanlış məlumatlılıqla ola bilər. Müəlliflər, təqdim edilmiş və ya dərc edilmiş məqalələr bağlı ciddi bir yanlışlığa yol verərsə, məqaləni düzəltmək və ya geri çəkmək üçün redaktorlarla dərhal əlaqə saxlamalıdır.

Müəlliflər, Nəşriyyat Etikası Komitəsi”nin (COPE) “təlimatlarına sadiq olmaqla nəşriyyat qaydalarına riayət etməlidirlər.

Məqalədə məlumatların saxtalaşdırılması, manipulyasiya edilməsi və bu cür təhrif etmə halları nəşr etikasına uyğun deyildir. Məlumatların saxtalaşdırılması və ya səhvə yol vermə, plaqiat, istinadsız işin mənimsənilməsi ilə yanaşı, məqalənin intihalçılığı yolverilməz hallardır. Bu sahədə baş verən sui-istifadə hallar çox ciddi olaraq nəzərə alınacaq və “Nəşriyyat Etikası Komitəsi”nin (COPE) qaydalarına uyğun həll ediləcəkdir.

Nəşriyyatçının Rolu

Çap olunan elmi məqalədə hər hansı bir saxta məlumat, manipulyasiya halları və bu cür təhrif etmə halları öz təsdiqini taparsa, nəşriyyatçı, redaksiya heyəti üzvləri ilə birlikdə vəziyyəti aydınlaşdıraraq, ya səhvlə bağlı rəsmi məlumat dərc etməli və ya məqaləni geri qaytarmalıdır.

Açıq Giriş və Lisenziya Siyasəti

Elm və innovativ Texnologiyalar jurnalı açıq girişli jurnaldır. Bütün məqalələr Creative Commons Attribution License (CC-BY-NC-ND) lisenziyası altında çap olunur. Bu lisenziya istifadəçilərə ticarət etmək və başqaq məq­sədlər üçün istinad etmədən yükləməyə və paylaşmağa icazə verir.

Məqalənin Orijinallığı

Məqaləni jurnala təqdim edərkən ilkin olaraq, bunun orijinal bir məqalə olduğunu və heç bir yerdə dərc edilmədiyini kimi anlayırlar. Plagiat hallı, məqalənin inhisarçılıq halı aşkar edilərsə, jurnal heyəti tərəfindən lazımi tədbirlər alınacaq və buna göz yumulmayacaqdır. Məqaləni jurnala təqdim etmədiyin əvvəl anti-plagiat proqramlarından istifadə edə bilərlər.

Rəy Prosesi

Jurnala təqdim olunan məqalələr ilkin olaraq redaktor tərəfindən yoxlanılır. Bu mərhələdə məqalənin keyfiyyəti jurnala uyğun deyilsə, məqalə rəysiz geri qaytarıla bilər. Qısa müddətdə imtina cavabını alan müəlliflərə redaktor tərəfindən rəy prosesinə ehtiyac olmaması ilə bağlı məlumat verilir. Rəy prosesinə qiymətləndirmə üçün qəbul edilən məqalələr bəzi hallarda, ikili və ya üçlü rəy prosesinə də göndərilə bilər. Əldə edilən rəy nəticələrinə uyğun olaraq, redaktor məqalə ilə bağlı öz qərarını verir. Bu istiqamətdə bizim strategiyamız rəy prosesi nəticəsində məqalələr ilə bağlı əldə edilən konstruktiv nəticələri mümkün olduqca qısa müddətdə müəlliflərə göndərməkdir.

Aşağıda Elm və İnnovativ Texnologiyalar Jurnalının rəy prosesi açıqlanır:

  • Müəllif məqalə təqdim edər və məqalə Redaksiya Heyəti tərəfindən nömrələnir,
  • Məqaləyə Redaktor təyin edilir,
  • Redaksiya Heyəti məqalənin rəy prosesinə göndərib-göndərməyəcəyinə qərar verir, əgər ki, məqalənin qəbul olunmaması ilə bağlı qərar verilirsə, redaktor müəlliflə əlaqə yaradıb məlumat verir,
  • Qəbul olunursa, redaktor məqaləyə uyğun rəyçilər təyin edir və bu haqda müəllifə məlumat verilir,
  • Rəyçilər məqaləni rəydən keçirməyə icazə verər,
  • Bəlli bir müddətdən sonra rəyçilər rəy haqqında Redaktora rəsmi məlumat göndərir,
  • Redaksiya Heyəti daxil olan rəy haqqında müzakirələr aparır və redaktor son qərarı verir. Bu proses müddətində rəyçilər əlavə konsultasiyalara da cəlb oluna bilərlər və redaktor rəyçilərlə araçı olaraq əlaqə qurar,
  • Son qərarla bağlı redaktor müəllifə məlumat verir,
  • Əgər ki, məqalə qəbul olunmayıbsa, müəllif məqaləni başqa bir jurnala göndərə bilər. Məqalə rəy prosesindən keçmişdirsə, müəllif rəy nəticələrini də göndərə bilər.

Paralel Nəşr

Paralel nəşr, bir müəllifin eyni / oxşar məqalələri akademik jurnallara və hər hansı Nəşriyyat evində dərc olunan iki fərqli jurnala göndərdiyi zaman baş verir. Eyni məlumatlar əsasında tərtib olunaraq, təqdim edilən məqalələrdə önəmli bir fərqlilik nəzərə alınmır. O cümlədən, eyni/oxşar məqalənin müxtəlif dillərdə dərc olunan jurnallara göndərilmə prosesi də Paralel nəşr sayılır.

Müəlliflik

Hər müəllif, məqalə təqdimatının intellektual mahiyyətinə uyğun olaraq kifayət qədər dəstək göstərməlidir. Aparıcı müəllif, hər bir müəllifin elmi əsərin təqdimatında əməyini siyahıya almalıdır. Məqalə təqdimatından sonra müəlliflərin adları ləğv və ya əlavə olunarsa bununla bağlı imzalı şəkildə Redaksiyaya məktub göndərilməlidir. Aparıcı müəllif məqaləni çap etdirmək üçün təqdim edən zaman hər bir müəllifin tam məsuliyyət daşıması barəsində təsdiqnamə verməlidir. Müəllif, göndərmə və məqalənin sonrakı proseslərinə uyğun olaraq hazırlanmasına, rəy olunmasına, analiz edilməsinə böyük töhfə verən biridir. Bir elmi məqalənin bütün müəllifləri, məqalənin təqdimatını qəbul etməli və məqalənin araşdırılması ilə bağlı məsuliyyət daşımalıdırlar. Bütün müəlliflərin oxumadan və təsdiqləməməsindən əvvəl məqalənin təqdim edilməsi qeyri-etik hal kimi qəbul olunur.

İstinadlar

Məqalə yalnız müvafiq istinadlardan ibarət olmalıdır. Məqalə ilə əlaqəli olmayan istinadların daxil edilməsi qəbul edilməz haldır. Eyni ilə, məqaləyə aidiyyatı olmadığı halda, öz-özünə istinad etdirmək qeyri-etik haldır.